www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


İLHAM ƏLİYEV: «MƏN BİLİRƏM Kİ, ƏDALƏTSİ

«Biz hüquqi dövlət qururuq, təəssüf ki, tam qurub qurtara bilməmişik. Ölkədə bəzi hallarda sosial ədalət pozulur və bu məni çox narahat edir. Biznes sahəsinə qeyri-qanuni müdaxilələr olur. Mən bilirəm ki, ədalətsizliklər var. Mənə ünvanlanan bütün şikayətlərin hamısı gəlib çatır»-bu fikirləri prezident İlham Əliyev bildirib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının üç illiyinə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı ölkədəki problemlərin bir hissəsinin sovet dövründən qaldığını bildirib: «Onların aradan qaldırılmasına çalışırıq. Bu çətindir, bəzi hallarda müqavimətlər də olur. Biz çalışırıq bütün bu problemləri həll edək».


Tarih: 15:06, 2/13/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

TÜRK DİASPORU İLƏ BİRGƏ FƏALİYYƏT STRATEGİYA

«Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası» hazırlanıb. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu sənəd martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunda qəbul olunacaq. Cənab İbrahimovun sözlərinə görə, strategiyanın hazırlanmasında məqsəd iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaq və onların Koordinasiya Şurasının yaranmaqdır.

Forumda prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənir.

Cənab İbrahimov onu da bildirib ki, martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin ikinci qurultayı da keçiriləcək. Bu qurultayda xaricdəki Azərbaycan icmalarının türk və yəhudi diasporları ilə əməkdaşlıq imkanları araşdırılacaq. 

azadliq.org


Tarih: 15:12, 2/12/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

SARI GELİN’İ KAYBETTİK, BAŞIMIZ SAĞOLSUN!

Hrant Dink olayını kim tezgahladıysa amacına ulaştı


Tarih: 17:32, 2/7/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

«ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİ S

«Ermənistan-Azərbaycan münaqişəsinin həlli sizin özünüzdən asılıdır. Biz fikirlərimizi heç bir tərəfə zorla qəbul  etdirə bilmərik. Çünki, biz buna cəhd edəcəyimiz təqdirdə, ya Azərbaycan, ya da Ermənistan xalqı ilə münasibətlərinizimi korlaya bilərik. Bu problemi bizim üstümüzə qoymağa dəyməz. Siz özünüz bu məsələdən daha məqbul sayıla bilən çıxış yolunu tapmalısınız». Qarabağ münaqişəsinə dair sualı cavablandıran Rusiya prezidenti Vladimir Putin bu fikirləri fevralın 1-də illik mətbuat konfransında deyib.


Tarih: 16:08, 2/1/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

MÜSAVAT QİYMƏT ARTIMINA ETİRAZ MİTİNQLƏRİNİ DAVAM ETDİ

Tarif Şurası qiymətlərin artımı ilə bağlı qərarını ləğv etməyənədək Müsavat partiyası kütləvi aksiyaları davam etdirəcək. Partiyanın başqanı İsa Qəmbər yanvarın 28-də Bakıda - Ukrayna dairəsində keçirilən mitinqdə belə deyib.

Onun qənaətincə, qiymət artımından narazılıq ardıcıl şəkildə ifadə olunmasa, Tarif Şurası qərarını ləğv etməyəcək.

İsa Qəmbər yaxın günlərdə növbəti mitinqin vaxtını müəyyənləşdirəcəklərini və yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini deməklə yanaşı, bu aksiyaya başqa partiyaların da qoşulacağını bildirib.

«İnsanları eşidin, qiymətləri endirin», «Qiymət artımına yox deyirik»» və «İstefa» tələbi ilə keçirilən yürüş-mitinq iki saat davam edib.


Tarih: 01:01, 1/29/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

MÜSAVATIN MİTİNQİ DAVAM EDİR

Hazırda Müsavat Partiyası Bakının Ukrayna dairəsində qiymət artımına etiraz olaraq mitinq keçirir.

Aksiya iştirakçıları «İnsanları eşidin, qiymətləri endirin», «İstefa» şüarları səsləndirirlər.

Metronun «Həzi Aslanov» stansiyasının yanından başlanan yürüş və Ukrayna dairəsində davam edən mitinq zamanı hələlik hər hansı insident qeydə alınmayıb.

Polis əməkdaşları meydanı mühasirəyə alıblar. Mitinq hazırda davam edir.

Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 18-də başa çatmalıdır.

azadlıq.org


Tarih: 16:06, 1/28/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

HRANT DİNKİN MƏSƏLƏSİ KÖHNƏ SUALI TƏZ&#

Erməni jurnalist Hrant Dinki öldürən Ogun Samastın fotosu mətbuata verildikdən 32 saat sonra Türkiyə xəfiyyəsi qatili həbs etdi. Bu fakt istintaqın Azərbaycan jurnalisti Elmar Hüseynovun qatilləri kimi tanıdığı şəxslərin – Teymuraz Əliyevin və Tahir Xubanovun fotolarını ictimaiyyətə təqdim etmək məsələsini yenidən aktuallaşdırırmı?

«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu «Media forum» saytının əməkdaşının bu yöndə sualını mənfi cavablandırıb: «Türkiyədə qatillərin dərhal müəyyən olunmasının Elmar Hüseynov məsələsinə təsir edəcəyini söyləmək mümkünsüzdür.


Tarih: 13:43, 1/24/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

20 YANVAR HADİSƏLƏRİNİN 17-Cİ İLDÖNÜMÜ İZMİRDƏ D&

Türkiyənin İzmir şəhərində 20 Yanvar şəhidlərinin anma tədbirlərini Azərbaycan Kültürevi və Dayanışma Dərnəyi ilə İzmirdə təhsil alan Azərbaycanlı tələbələr birlikdə həyata keçirdilər. Tədbirlərə Türk Dünyasından gələn tələbələrə kömək məqsədiylə qurulmuş Dost İlleri Dərnəyi də dəstək verdi.

Tədbirlər İzmirin mərkəzi camiilərindən biri olan Hisar Camisində şəhidlərin ruhuna dualar oxunması və dua mərasimində iştirak edən insanlara ehsan paylanması ilə başlandı.

Daha sonra İzmirin mərkəzi meydanı olan Konak Meydanında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil olundu. Burada çıxış edən Azərbaycan Kültürevi və Dayanışma Dərnəyi sədri Turqut Arat, Azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev, Türk Dünyası İnsan Hakları Dərnəyinin sədri Celal Ocal və İzmir Şəhit Ailələri Dərnəyi sədri Yavuz Alphan 20 Yanvarın tarixindən, bu günün önəmindən, 20 Yanvarın eyni zamanda Azərbaycanın diriliş günü olduğunu, 20 Yanvar şəhidlərinin öz fədakarlıqları ilə xalqın mübarizə yolunun önünü açmasından, 20 Yanvar faciəsini törədənləri nifrətlə qınadiqlarını və şəhitləri əsla unutmayacaq və unutdurmayacaqlarından bəhs etdilər.

Meydanda eyni zamanda 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət sərgi təşkil olundu və bu hadisələri əks etdirən şəkil və məlumatların yer aldığı broşurlar paylandı. Tədbirlərə kütləvi informasiya vasitələrindən, TRT, Anadolu Ajansı, Cihan Haber Ajansı, Ulusal Kanal, SKY TV, Zaman qəzeti, Yeni Gün qəzeti və İzmir xalqı da böyük maraq göstərdi.

www.azerphoto.com

 Fotoların davamına buradan baxın


Tarih: 19:23, 1/22/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

AZƏRBAYCAN 20 YANVARI ANIR

Bakıda minlərlə insan Şəhidlər Xiyabanına gələrək 1990-cı il Yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının qurbanlarını yad edir. Ziyarət mərasimi gecə saatlarına qədər davam edəcək...Polis müvafiq yerlərdə geniş təhlükəsizlik tədbirləri alıb...

Yanvarın 19-da qısamüddətli məzuniyyətdən qayıdan prezident İlham Əliyev də Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı burada xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, dini icmaların başçılarının başsağlığını qəbul edib.

Paytaxt Bakı, başqa rayon və şəhərlərin sakinləri, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların Şəhidlər Xiyabanını ziyarəti davam edir.

Xatırladaq ki. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 132 nəfər qətlə yetirilib, 600-dən çox adam yaralanıb, 800-dən artıq adam isə həbs edilib.

www.xxeber.com


Tarih: 19:11, 1/20/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı

20 YANVAR– ÜMUMXALQ KƏDƏR GÜNÜ

1990-ci il yanvarın 20-də saat 00.20-də Azərbaycan SSR-nin Ali Sovetinin razılığı olmadan sayca 20 milyon çox olan, SSRİ-nin başqa regionlarandan gəlmiş Sovet Qoşunları Bakı şəhərinə soxuldular. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları tam kobudcasına və vəhşiliklə pozulmuş oldu.
Похороны жертв трагедии 20 января 1990 года в Баку на Площади Свободы Nəticədə 170 nəfər həlak olanlar, 400-ə yaxın yaralanlılar oldu. Bunların içində asudə insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar da var idi, hətda hərbi qulluqçular da.
Şəhərə ordunun girməsi cə fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Qorbaçovun qolu ilə olmuşdur. Bu akta SSR-i Ali Sovetinin razılığı yalnız ordu girəndən 7 saat sonra elan edilmişdir.
Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlandı. Helsinin və Vyana razılıqlarına qol çəkmiş bir hökumətdə insan hüquqları görünməmiş dərəcədə pozuldu.
Bakının zəbt olunması DİN-nin, DTK-nin və müntəzəm Sovet ordusunun hissələrilə müdafiyə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyətindən, yaşından, cinsindən asılı olmayaraq sülhpərvər insanlara atəşlər açıldı. Belə vəhşiliklər şəhərətrafı qəsəbələrdə harada ki, əsasən azərbaycanlılar yaşayır və heç bir talan-tapmar (ordu bu adla girmişdi) ola bilməz, edilirdi. Hətda qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu. Hamıya məlumdur ki, güllə milliyət tanımır. Bu fəlakətli gecə əskərlər yaralılara qarşı da mərhəməti unudaraq, xəstəxanalarda işıqları söndürdülər, “təcili yardım” maşınlarına atəş açırdılar, ağır yaralılara yerindəcə qətlə yetirirdilər. Hətda öz vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə də respublikada yüzlərlə adamlar itmiş hesab olunurlar.
Yanvarın 20-də bu vəhşiliklərə Bakı Ali Hərbi məktəbinin milliyətcə müxtəlif bir neçə yüz nəfər kursantları etiraz əlaməti bildirdilər və Salyan kazarmasında olan hərbi sürsat anbarının bir hissəsini ələ aldılar. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən 50-ə yaxın mülki gəmilər və neft tankerləri Bakı buxtasını dövrəyə aldılar və onlar ara-sıra Sovet Ordusunun hərbi gəmiləri tərəfindən atəşə məruz qalırdılar.
Şəhər cəbhə xəttini xatırladırdı. Iki miliyonluq şəhərin, harada ki, neft, qaz idtehsal olunur üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmamazdlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü. Аллея шехидов
1990-ci il yanvarın 22-də Sovet Hərbçilərinin binaların daşında yerləşdirdiyi pulemyotların ağızı altında, günahsız güllələnmiş qurbanları 1,5 milyona yaxın xalq axırıncı yola saldı. Bakı öz oğlan və qızlarını: azərbaycanlıları, rusları, yəhudiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Dağlıq parkda “Şəhidlər xiyabanı” yerləşir. Burada Azərbaycanın azadlığı uğrunda öz canlarını qəhrəmancasına vermiş oğlan və qızlarımızın qəbirləri yerləşir. Şəhidlər Xiyabanına bütün azərbaycan xalqı səcdə edir. Hər il yanvarın 20-də azərbaycan xalqı kecmiş SSRİ başçılarının: Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun və Vezirovun sayəsində qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini yad edir.
Istintaq komissiyasının verdiyi məlumata görə bu əməliyyatda 20 min hərbçilər, yüzlərlə tanklar, yüzlərlə başqa zirehli hərbi texnika, hərbi-nəqliyyat təyyarələri və bir neçə növ (HHQ, DİN, DTR) hərbi hissələrin hərbiçiləri iştirak etmişlər.
 


Tarih: 13:58, 1/20/2007 Kategori: Cemiyyet
Yorum (yok) | Yorum yaz | Bağlantı
Ən son xəbərlər


Sayfa Güncel Sayfa:1 Toplam:2
<- | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler