TRT-nin “Qafqazlardan əsən yellər” proqramının bu dəfə ki, buraxılışı 20 Yanvar faciəsinə həsr olunub. Proqram yanvarın 26-da Bakı vaxtı ilə 08.00-da TRT-İNT, 17.30-da TRT-TÜRK kanalında efirə çıxacaq. Yarım saatlıq proqramın prodüsseri Raşid Dəmirtaşdır.
Proqramda hadisənin səbəbləri, nəticələri, vətən uğrunda şəhid olanlar barədə geniş məlumatlara yer ayrılıb. Bundan başqa, proqramda xalq Anardan müsahibə yayımlanacaq, Azərbaycan sazı tanıdılacaq.
www.xxeber.com
|