www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


20 YANVAR HADİSƏLƏRİNİN 17-Cİ İLDÖNÜMÜ İZMİRDƏ D&

Türkiyənin İzmir şəhərində 20 Yanvar şəhidlərinin anma tədbirlərini Azərbaycan Kültürevi və Dayanışma Dərnəyi ilə İzmirdə təhsil alan Azərbaycanlı tələbələr birlikdə həyata keçirdilər. Tədbirlərə Türk Dünyasından gələn tələbələrə kömək məqsədiylə qurulmuş Dost İlleri Dərnəyi də dəstək verdi.

Tədbirlər İzmirin mərkəzi camiilərindən biri olan Hisar Camisində şəhidlərin ruhuna dualar oxunması və dua mərasimində iştirak edən insanlara ehsan paylanması ilə başlandı.

Daha sonra İzmirin mərkəzi meydanı olan Konak Meydanında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil olundu. Burada çıxış edən Azərbaycan Kültürevi və Dayanışma Dərnəyi sədri Turqut Arat, Azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev, Türk Dünyası İnsan Hakları Dərnəyinin sədri Celal Ocal və İzmir Şəhit Ailələri Dərnəyi sədri Yavuz Alphan 20 Yanvarın tarixindən, bu günün önəmindən, 20 Yanvarın eyni zamanda Azərbaycanın diriliş günü olduğunu, 20 Yanvar şəhidlərinin öz fədakarlıqları ilə xalqın mübarizə yolunun önünü açmasından, 20 Yanvar faciəsini törədənləri nifrətlə qınadiqlarını və şəhitləri əsla unutmayacaq və unutdurmayacaqlarından bəhs etdilər.

Meydanda eyni zamanda 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət sərgi təşkil olundu və bu hadisələri əks etdirən şəkil və məlumatların yer aldığı broşurlar paylandı. Tədbirlərə kütləvi informasiya vasitələrindən, TRT, Anadolu Ajansı, Cihan Haber Ajansı, Ulusal Kanal, SKY TV, Zaman qəzeti, Yeni Gün qəzeti və İzmir xalqı da böyük maraq göstərdi.

www.azerphoto.com

 Fotoların davamına buradan baxın

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 19:23, 1/22/2007 Kategori: Cemiyyet
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler