www.sonxeber.tk

Bağlantılarım

* Ana Sayfa
* Arşiv
Blog RSS
Canlı TV İzle

Kategoriler


20 İL ƏRZİNDƏ AZƏRBAYCANIN NEFT GƏLİRLƏ

Dünya bankı Azərbaycanın 20 il ərzində neft-qaz yataqlarının, həmçinin neft kəmərlərinin istismarından əldə edəcəyi gəlirləri 340 mlrd. dollar (əməliyyat xərcləri də hesablanmaqla) qədərində proqnozlaşdırır.
«Trend»in bankın Azərbaycanla partnyorluq strategiyası (2007-2010-cu illər) elanına istinadən verdiyi xəbərə görə, bu gəlirlər neftin bir barrelinin təxminən 43 dollar səvviyyəsilə gözlənilir.
Əməliyyat xərclərini 65 mlrd. dollar hesablamaqla Azərbaycanın fiskal gəlirləri 175 mlrd. dollar təşkil edəcək. Bu vəsaitlərin tam 20 milrd. dolları mənfəət vergisi qismində dövlət büdcəsinə, 155 mlrd. dolları royalti formasında Azərbaycan Dövlət Neft Fonduna (ADNF) daxil olacaq.
Neft konsorsiumları neft-qaz layihələrinə investisiyalaşmış 40 mlrd dollar qədərində hissəni və mənfəətləri repatriasiyaya yönəltməyi planlaşdırırlar. Əvvəlcədən hesablamalara görə, son 20 ildə neft gəlirlərindən ildə əhalinin adambaşına 1000 dollar düşəcək. Əgər yeni neft-qaz yataqları kəşf olunmasa, bu, Azərbaycanda neft bumunun sonu olacaq. Hesabatda belə deyilir.
DB ekspertlərinin fikrincə, postsovet inzibati sistemindən bazar iqtisadiyyatına keçid mərhələsində olan Azərbaycanın qarışısında duran əsas məsələ dəyişkən və qısamüddətli gəlirləri düzgün idarə etmək və bununla holland sindromu və «sərvətlərin lənətlənməsi» ilə qarşılaşmamaqdır.

trend

EkleBunu Sosyal Paylaşım Butonu

Tarih: 16:03, 2/4/2007 Kategori: Iqtisadiyyat
Yorum yaz
Ən son xəbərlər


Kayıt Güncel Sayfa: Toplam:
<- Son Sayfa | Sonraki Sayfa ->

KavkazWeb Top on A-Z.az Azerinter.net top.SUMQAYIT ARAMA.CC Popüler Siteler